10-14 fevral  2014-cü il tarixində Moskva şəhərində “21-ci Beynəlxalq qida məhsulları,  içkilər və  onların  istehsalı  üçün  xammal sərgisi “PRODEKSPO-2014” keçirilmişdir. Şirkətimizin təqdim etdiyi “BASARKEÇƏR” qırmızı süfrə şərabı və “GOLD BAKU” 8 illik konyakı Beynəlxalq Müsabiqə Komissiyasının bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və istehsal etdiyi bu məhsullara görə  “Aqro-Azərinvest” MMC, sərginin “Ən yaxşı məhsul” nominasiyasının laureatı diplomu və qızıl medalı ilə təltif olunmuşdur.